İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirir - YENİLƏNİB 2
İsrailin Livana endirdiyi aviazərbələr nəticəsində 52 nəfər həlak olub, 154 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə "NewsBreak" rəsmi mənbəyə istinadən məlumat yayıb.
"İsrailin Beyrutun cənubuna və Livanın digər rayonlarına endirdiyi zərbələr nəticəsində azı 52 nəfər həlak olub və 154 nəfər yaralanıb", - məlumatda bildirilib.
Qeyd olunub ki, "Hizbullah" qruplaşması İsrailin şimalına raket və pilotsuz uçuş aparatları buraxandan sonra İsrail ordusu cavab atəşi açıb.
Livanın Baş naziri Nəvaf Salam Nazirlər Kabinetinin beş saatlıq iclasından sonra müharibə və sülh barədə qərarın yalnız Livan dövlətinin əlində olduğunu bəyan edərək "Hizbullah"ın bütün fəaliyyətinin dərhal qadağan edilməsi tələbini irəli sürüb.
18:19
İsrail ordusu Livanda Hizbullah hədəflərinə qarşı hava zərbələri dalğasına başladığını bildirib.
Operativ Media xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri Hizbullaha qarşı bir neçə gün davam edəcək hərbi əməliyyatlara başlayıb.
09:34
İsrail ordusu Livana qarşı yeni bir sıra zərbələr endirib.
Operativ Media xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.
Ordunun hədəflərinə respublikanın bəzi ərazilərindəki şiə təşkilatı Hizbullahın obyektləri, o cümlədən silah anbarları və digər hərbi infrastruktur daxildir.