Menyu

NYT: İranın zərbələri nəticəsində ABŞ-nin azı altı hərbi obyekti dağılıb

Operativ Media
NYT: İranın zərbələri nəticəsində ABŞ-nin azı altı hərbi obyekti dağılıb

İranın endirdiyi zərbələr nəticəsində Yaxın Şərqdəki azı altı ABŞ hərbi bazası və digər obyektləri müxtəlif dərəcəli dağıntılara məruz qalıb.

Operativ Media xəbər verir ki, bu barədə məlumatı sərəncamında olan peyk görüntülərini, videoqeydləri və ABŞ hərbçilərinin bəyanatlarını təhlil edən "The New York Times" (NYT) qəzeti yayıb.

Xüsusilə, İran Bəhreyn, İraq, BƏƏ və Küveytdəki ABŞ hərbi obyektlərinə zərbələr endirib. Nəşr qeyd edir ki, bir sıra tikililər, o cümlədən peyk avadanlıqlarının yerləşdiyi binalar ciddi zədələnib və ya tamamilə dağılıb. Zərbələrə məruz qalan obyektlər arasında ABŞ-nin Manamadakı (Bəhreyn) Beşinci Donanmasının qərargahı, İraq və Küveytdəki bazalar, həmçinin amerikalıların istifadə etdiyi Dubay limanı var. NYT ölənlər və yaralananlar barədə dəqiq məlumata malik olmasa da, rəsmi şəxslər üç hərbi qulluqçunun həlak olduğunu bildiriblər.

Əlaqəli Xəbərlər