Tramp İran hakimiyyətinin ona iki dəfə sui-qəsd cəhdi etdiyini iddia edir
Operativ Media
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinin ona qarşı iki dəfə sui-qəsd cəhdi planlaşdırdığını iddia edir.
Operativ Media xəbər verir ki, bu barədə "ABC News" telekanalının prezidentdən müsahibə alan müxbiri Conatan Karl "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Jurnalist dövlət başçısının sözlərindən belə bir sitat gətirib: "Bu axşamkı digər telefon danışığında Prezident Tramp Ayətullah Xameneinin ölümü ilə bağlı mənə bunları dedi: "Mən ondan tez tərpəndim. Onlar məni öldürməyə iki dəfə cəhd etdilər. Amma mən ondan birinci davrandım'".
Karl qeyd edir ki, bu sözlər ABŞ kəşfiyyatının versiyasına görə, 2024-cü ildə Trampı öldürmək məqsədi daşıyan sui-qəsd planına işarədir.