Böyük Britaniya Yaxın Şərqə təxliyə qrupları göndərir
Böyük Britaniya öz vətəndaşlarının Yaxın Şərq ölkələrindən mümkün təxliyəsi üçün tədbirlər planı hazırlayır.
Operativ Media xəbər verir ki, bu barədə "Sky News" telekanalının efirində Britaniyanın xarici işlər naziri İvett Kuper bəyanat verib.
XİN rəhbəri bildirib: "Biz dəstək sistemləri təşkil edirik. Hesablamalarımıza görə, Körfəz ölkələrində İranın hədəfi ola biləcək 300 min vətəndaşımız var. Buraya İranın hücumları səbəbindən hava məkanı bağlanmış ölkələr də daxildir".
Kuper həmçinin vətəndaşların lazımi dəstəyi alması üçün bölgəyə çevik reaksiya qruplarının göndərildiyini vurğulayıb: "Biz turizm sektoru və yerli hökumətlərlə sıx əməkdaşlıq edirik. Geniş spektrli variantları, o cümlədən zərurət yaranacağı təqdirdə təxliyə məsələlərini nəzərdən keçiririk".