"Saudi Aramco" neft emalı zavodu fəaliyyətini dayandırıb
Şəfa Hüseynli
Səudiyyə Ərəbistanının ən böyük neft emalı zavodu olan "Saudi Aramco" fəaliyyətini dayandırıb.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Dammamdakı Ras Tanura limanındakı "Saudi Aramco" şirkətinin obyektlərində dron hücumuna cəhddən sonra yanğın baş verib. Obyektin üzərində sıx tüstü müşahidə olunub.
Zavod ehtiyat tədbiri olaraq müvəqqəti olaraq bağlanıb. Vəziyyət nəzarət altındadır.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, obyektə hücum etməyə çalışan iki dron ələ keçirilib və məhv edilib. Dağıntılar lokal yanğına səbəb olub və yanğın lokallaşdırılıb. Xəsarət alan olmayıb.