Qazaxıstan Prezidenti Bəhreyn kralı ilə telefon danışığı aparıb
Şəfa Hüseynli
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bəhreyn kralı Şeyx Həməd bin İsa Əl-Xəlifə ilə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Tokayev Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı müzakirə zamanı bu çətin dövrdə Bəhreyn xalqına dəstək və həmrəylik ifadə edib.
Tokayev Qazaxıstanın vəziyyətin gərginliyinin azaldılmasını və münaqişənin dialoq və diplomatiya yolu ilə sülh yolu ilə həllini dəstəklədiyini vurğulayıb.