"Qatar Energy" mayeləşdirilmiş təbii qaz istehsalını dayandırıb
Şəfa Hüseynli
Qətərə məxsus "Qatar Energy'' neft və qaz şirkəti İranın hava hücumları səbəbindən mayeləşdirilmiş təbii qaz (LNG) və əlaqəli məhsulların istehsalını dayandırdığını elan edib.
Operativ Media xəbər verir ki, bu barədə Qətərin "Əl-Şərq" qəzeti şirkətə istinadən məlumat yayıb.
"Qatar Energy" şirkəti Qətərin Ras Laffan və Mesayid sənaye şəhərlərindəki əməliyyat obyektlərinə hərbi hücum səbəbindən mayeləşdirilmiş təbii qaz və əlaqəli məhsullar istehsalını dayandırdığını elan edib.
Şirkət bütün maraqlı tərəflərlə münasibətlərinə dəyər verdiyini və yeniliklər əldə edildikdən sonra onları təqdim etməyə davam edəcəyini vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net