Menyu

İran “Gerçək vəd-4” əməliyyatının 12-ci mərhələsinə başladığını açıqlayıb

Operativ Media
İran “Gerçək vəd-4” əməliyyatının 12-ci mərhələsinə başladığını açıqlayıb

İran Yaxın Şərqdə ABŞ və İsrailə məxsus obyektlərə qarşı “Gerçək vəd-4” əməliyyatının 12-ci mərhələsinə başladığını bəyan edib.

Operativ Media xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu – Islamic Revolutionary Guard Corps (SEPAH) məlumat yayıb.

Qurumun açıqlamasında bildirilib ki, əməliyyatın əvvəlki – 11-ci dalğası düşmənin İrana qarşı təcavüzünün üçüncü günündə SEPAH-ın hərbi-dəniz və aerokosmik qüvvələrinin ABŞ-İsrail hərbi hədəflərinə qarşı kombinə edilmiş, genişmiqyaslı və intensiv hücumu çərçivəsində həyata keçirilib.

Məlumata görə, Fars körfəzi bölgəsində yerləşən ABŞ ordusunun informasiya mərkəzləri və anbarları, Beer-Şevadakı İsrail ordusunun rabitə sənayesi kompleksi, eləcə də işğal olunmuş ərazilərdə 20-dən çox məntəqə İranın raket və pilotsuz uçuş aparatları ilə hədəfə alınıb.

SEPAH bildirib ki, müharibənin başlanğıcından etibarən ABŞ və İsrailin 60 strateji hədəfi və 500 hərbi məntəqəsi vurulub, 700-dən çox pilotsuz uçuş aparatı və yüzlərlə raket buraxılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər