İsrail Qəzza sərhəd keçid məntəqəsini açacağını bildirib
Şəfa Hüseynli
İsrail Qəzza zolağına daxil olan humanitar yardımın miqdarını tədricən artırmaq üçün Qəzza zolağı ilə sərhəddə yerləşən "Kerem Şalom'' keçid məntəqəsini yenidən açacaq.
Operativ Media xəbər verir ki, bu barədə İsrail Hökumətinin Fələstin Ərazilərində Fəaliyyətinin Koordinasiya Ofisi (COGAT) məlumat yayıb.
Ofis qərarın 28 fevralda İranda başlayan əməliyyat fonunda verildiyini qeyd edib.
"COGAT bildirir ki, Amerika Mülki-Hərbi Koordinasiya Mərkəzi ilə əlaqələndirilərək Qəzza zolağına humanitar yardım axınını tədricən artırmaq üçün çərşənbə axşamı günündən etibarən "Kerem Şalom'' keçid məntəqəsinin fəaliyyətinin bərpa edilməsi barədə qərar qəbul edilib", - deyə bəyanatda bildirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net