Menyu

Boliviya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzasında ölənlərin sayı 24-ə çatıb

Şəfa Hüseynli
Boliviya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzasında ölənlərin sayı 24-ə çatıb

Boliviya Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsinin El Alto hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində ölənlərin sayı 24-ə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Boliviya Polisinin Regional Komandanı Karlos Valensiya bildirib. 

Bildirilib ki, təyyarənin qalıqları və fraqmentlərinin müayinəsi zamanı təyyarənin konstruksiyası altında əzilmiş avtomobildə əlavə cəsədlər aşkar edilib.

Qeyd edək ki, fevralın 27-də "C-130 Hercules" təyyarəsi hava limanına eniş edərkən naməlum səbəblərdən aerodromdan sürüşərək avtomobillərlə toqquşub. 


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər