ABŞ-nin Ər-Riyaddakı səfirliyi bağlanıb
Şəfa Hüseynli
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı ABŞ səfirliyi fəaliyyətini və bütün ictimai qəbulları dayandırıb.
Operativ Media xəbər verir ki, bu barədə diplomatik missiyanın veb saytında dərc olunmuş açıqlamada bildirilib.
"ABŞ-nin Səudiyyə Ərəbistanındakı nümayəndəliyi 3 mart çərşənbə axşamı günü bağlı olacaq. Səfirliyə edilən hücum səbəbindən onun binasına səfərlər müvəqqəti olaraq dayandırılıb", - deyə açıqlamada bildirilir.
Səfirlik həmçinin Səudiyyə Ərəbistanındakı bütün vətəndaşları təhlükəsiz sığınacaqlar tapmağa və növbəti xəbərdarlığa qədər onları tərk etməməyə çağırıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net