Azərbaycan qəhvə idxalına çəkdiyi xərci artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 12,297 milyon ABŞ dolları dəyərində qəhvə, çay, mate (paraqvay çayı) və ədviyyat idxal edib.
"Operativ Media" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 23,9 % çoxdur.
Hesabat dövründə Azərbaycanın qəhvə, çay, mate və ədviyyat ixracının dəyəri 1,14 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 26,9 % çoxdur.
Qəhvə, çay, mate və ədviyyat üzrə idxal Azərbaycanın ümumi idxalının 0,46 %-ni, ixrac isə ümumi ixracın 0,03 %-ni təşkil edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net