Azərbaycanın Vyetnam ilə ticarət dövriyyəsinin ümumi həcmi artıb
Operativ Media
Bu ilin yanvar ayında Azərbaycanın Vyetnam ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 12,8 faiz artaraq 12,5 milyon dolları üstələyib.
Operativ Media xəbər verir ki, Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Vyetnam ilə ticarətin payı 0,35 faiz təşkil edib.