Azərbaycanın Tunis ilə ticarət dövriyyəsinin ümumi həcmində artım qeydə olunub
Operativ Media
Bu ilin yanvar ayında Azərbaycanın Tunis ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 42,9 dəfə artaraq 30,1 milyon dolları üstələyib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Tunis ilə ticarətin payı 0,85 faiz təşkil edib.