Yanvar-fevral aylarında 144,4 milyon dollarlıq meyvə-tərəvəz ixrac edilib
Operativ Media
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 144,39 milyon dollar dəyərində 105,2 min tondan çox meyvə və tərəvəz ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 32,5 faiz, həcmi isə 4,9 faiz artıb.
Cari ilin ilk iki ayında tərəvəz və meyvələrin ümumi ixracda xüsusi çəkisi 3,94 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 24,86 faizə bərabər olub.