Pərviz Şahbazov “PowerChina Resources Ltd” rəhbərliyi ilə enerji layihələrini müzakirə edib - YENİLƏNİB
Energetika naziri Pərviz Şahbazov “PowerChina Resources Ltd” şirkətinin icraçı vitse-prezidenti He Shiyou ilə görüşüb.
Operativ Media Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə 160 MVt gücündə günəş elektrik stansiyası, 2 QVt gücündə dənizdə külək enerjisi layihələrinin icrası, eləcə də yeni investisiya imkanları ilə bağlı məsələlər müzakirə edilib.
Günəş enerjisi layihəsinin həyata keçirilməsi istiqamətində irəliləyişlər qeyd edilib, bu stansiyanın ölkəmizin bərpa olunan enerji layihələrinin inkişafı ilə bağlı ikinci mərhələdə şəbəkəyə inteqrasiyasının nəzərdə tutulduğu vurğulanıb.
Bu müstəvidə, hazırda Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) tərəfindən aparılan şəbəkə tədqiqatlarının nəticələrinin mühüm rolu diqqətə çatdırılıb.
Görüşdə Çin şirkətinin Azərbaycanla bərpa olunan enerji sahəsində əməkdaşlığa strateji əhəmiyyət verdiyi və yeni investisiya imkanlarının qiymətləndirilməsində maraqlı olduğu bildirilib.
Söhbət zamanı Çində ağıllı şəbəkələrin inkişafı, “yeni enerji sistemi”nin formalaşdırılması və rəqəmsal transformasiyanın gücləndirilməsi, data mərkəzləri və Sİ-nin enerji ilə təminatında bərpa olunan enerjinin payının artırılması kimi elektrik enerjisi sahəsində qəbul edilmiş yeni siyasətlər, eləcə də qlobal enerji və sənaye dəyər zəncirlərinin üzləşdiyi çağırışlara dair fikir mübadiləsi aparılıb.
17:43
Energetika naziri Pərviz Şahbazov “PowerChina Resources Ltd” şirkətinin icraçı vitse-prezidenti He Shiyou ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə nazir öz “X” hesabında etdiyi paylaşımda bildirib.
Görüşdə 160 MVt gücündə günəş elektrik stansiyası, 2 QVt gücündə dənizdə külək enerjisi layihələrinin icrası və yeni investisiya imkanları barədə müzakirələr aparılıb.