Pezeşkian: İranın enerji infrastrukturuna zərbələr qlobal nəticələrə səbəb ola bilər
Operativ Media
"İranın enerji infrastrukturuna edilən hücumu qətiyyətlə pisləyirəm".
Operativ Media xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian bu barədə "X" hesabında yazıb.
O bildirib ki, bu cür addımlar regionda gərginliyi daha da artırır:
“İranın enerji infrastrukturuna edilən hücumu qətiyyətlə pisləyirəm. Bu cür aqressiv hərəkətlərlə düşmən və tərəfdarları heç nəyə nail olmayacaqlar. Əksinə, onlar vəziyyəti yalnız daha da ağırlaşdıracaq və bütün dünyaya təsir edəcək nəzarətsiz nəticələrə səbəb ola bilər”.
Prezident qeyd edib ki, bu cür hadisələrin təsiri təkcə regionla məhdudlaşmayacaq və qlobal miqyasda da özünü göstərə bilər.