Menyu

İsrail İranın şimalına zərbə endirib

Operativ Media
İsrail İranın şimalına zərbə endirib

İsrail Müdafiə Qüvvələri (İMQ) ilk dəfə olaraq İranın şimal hissəsindəki hədəflərə zərbələr endirməyə başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidmətindən bildirilib.

"İsrailin Hərbi Hava Qüvvələri Hərbi Dəniz Qüvvələri ilə İsrail Müdafiə Qüvvələrindən alınan kəşfiyyat məlumatlarına əsaslanaraq "Şir nərəsi" əməliyyatı dövründə ilk dəfə İranın şimalındakı hədəflərə zərbələr endirməyə başlayıb", - məlumatda qeyd olunub.

Bununla belə, Xəzər dənizi sahilində ən böyük olan eyniadlı limanın yerləşdiyi Bəndər-Ənzəli şəhər administrasiyasının nümayəndəsi obyektin zərbələrə məruz qaldığını təsdiqləyib, onun sözlərini "Tasnim" agentliyi yayıb.

Amerika və İsrail silahlı qüvvələrinin hədəfləri gömrük idarəsinin binası, eləcə də bir sıra digər obyektlər olub.

"Gömrük xidmətinin baş idarəsi, gəmiçilik şirkətinin inzibati binası, eləcə də liman infrastrukturunun bir neçə obyekti raket zərbəsinə məruz qalıb", - meriya rəsmisi bildirib.

"Dəymiş ziyanın miqyası hazırda müəyyənləşdirilir", - deyə o dəqiqləşdirib. Zərbələr nəticəsində ölənlər və ya yaralananlar barədə məlumat daxil olmayıb

Əlaqəli Xəbərlər