Menyu

Tramp: İsrail İranın "Cənub Pars" qaz yatağına zərbə endirməyəcək

Operativ Media
Tramp: İsrail İranın "Cənub Pars" qaz yatağına zərbə endirməyəcək

ABŞ Prezidenti Donald Tramp İsrailin İranın "Cənub Pars" qaz yatağındakı obyektlərinə bundan sonra zərbə endirməyəcəyini bəyan edib.

Operativ Media xəbər verir ki, o, bu haqda  "Truth Social" sosial şəbəkəsində yazıb.

"ABŞ-nin bu hücumdan xəbəri olmayıb. Qətər də prosesdə heç bir formada iştirak etməyib və hücumun baş tutacağından tamamilə xəbərsiz olub", — deyə o, qeyd edib.

Amerika lideri hesab edir ki, yəhudi dövləti bu zərbəni "Yaxın Şərqdə baş verənlərə etiraz olaraq" endirib. ABŞ Prezidentinin sözlərinə görə, yataqdakı obyektlərin yalnız kiçik bir hissəsi zədələnib. Vaşinqton administrasiyasının rəhbəri vurğulayıb ki, "İran tamamilə günahsız tərəfə — bu halda Qətərə — hücum etmək kimi qeyri-ağıllı qərar verməsə, İsrail son dərəcə mühüm və dəyərli "Cənub Pars" qaz yatağına bir daha zərbə endirməyəcək".

Əlaqəli Xəbərlər