"Qatar Energy" şirkəti növbəti raket zərbəsini təsdiqlədi
Operativ Media
"Qatar Energy" şirkəti martın 19-da istehsal infrastrukturunun növbəti raket zərbəsinə məruz qaldığını təsdiqləyib.
Operativ Media xəbər verir ki, bu barədə müvafiq bəyanat şirkətin "X" sosial şəbəkəsindəki hesabında dərc olunub.
Bəyanatda deyilir: "Martın 18-də Ras-Laffan sənaye şəhərinə edilən və ciddi fəsadlara yol açan əvvəlki hücumla yanaşı, 'Qatar Energy' təsdiqləyir ki, martın 19-u sübh saatlarında maye qaz (MQ) istehsalı ilə əlaqəli bəzi obyektlər raket zərbələrinin hədəfinə çevrilib. Bu da öz növbəsində güclü yanğına və böyük ziyana səbəb olub".
Hadisə yerinə fövqəladə hallar xidməti cəlb edilib, xəsarət alanlar barədə məlumat yoxdur.