Menyu

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyalar artıb

Operativ Media
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyalar artıb

2026-cı ilin yanvar-fevral aylarında bütün maliyyə mənbələri hesabına ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 2 436,4 milyon manat investisiya yönəldilib.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Sektorlar üzrə investisiyaların həcmi:

- Qeyri-neft-qaz sektoru – 1 483,8 milyon manat;

- Neft-qaz sektoru – 952,6 milyon manat.

Cari ilin ilk iki ayında xarici dövlətlərin və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala 652,9 milyon manat investisiya yatırılıb ki, bu da bir il əvvəlki göstəricidən 15,1 faiz çoxdur.

Əsas investor ölkələr:

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı

- Türkiyə

- Rusiya

- ABŞ

- İsveçrə

- Yaponiya

- İran

- Macarıstan

- Fransa

- Birləşmiş Ərəb Əmirlikləri

- Hindistan

Əlaqəli Xəbərlər