Menyu

Pərakəndə elektron ticarət dövriyyəsində artım qeydə alınıb

Operativ Media
Pərakəndə elektron ticarət dövriyyəsində artım qeydə alınıb

Bu ilin yanvar-fevral aylarında ölkə üzrə pərakəndə elektron ticarət dövriyyəsinin həcmi 63,9 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətdə real ifadədə 54,3 faiz çoxdur.

Qeyd edək ki, hesabat dövründə ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 10,1 milyard manat olub ki, onun da 0,63 faizi informasiya sistemlərindən (internet, ekstranet və s.) istifadə edilməklə malların alqı-satqısı üzrə həyata keçirilən fəaliyyət sayəsində formalaşıb.

Əlaqəli Xəbərlər