Menyu

15,9 milyon dollarlıq qara metallar ixrac edilib

Operativ Media
15,9 milyon dollarlıq qara metallar ixrac edilib

Bu ilin yanvar-fevral aylarında ölkədən təqribən 15,9 milyon dollar dəyərində 11,7 min tondan çox qara metallar və onlardan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 31,8 faiz çox, həcm olaraq isə 0,8 faiz azdır.

Hesabat dövründə bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,42 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,67 faizə bərabər olub.

Əlaqəli Xəbərlər