Menyu

İran İsrailə qarşı ilk dəfə "Nəsrullah" raket sistemini tətbiq edib

Operativ Media
İran İsrailə qarşı ilk dəfə "Nəsrullah" raket sistemini tətbiq edib

İran İsrailin neft emalı zavodlarına (NEZ) qarşı zərbələr zamanı ilk dəfə "Nəsrullah" raket sistemini tətbiq edib.

Operativ Media xəbər verir ki, bu barədə "Fars" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.

Hayfa və Aşdod şəhərlərindı NEZ-lərin vurulması əməliyyatı zamanı ilk dəfə "Nəsrullah" sistemi (təkmilləşdirilmiş və idarə olunan "Qədr" raketi) tətbiq edilib.

Daha əvvəl İsrail hökuməti Hayfadakı obyektlərin hücumdan sonra ciddi zərər görmədiyini bildirib. İsrail ordusunun məlumatına görə, NEZ-də baş vermiş dağıntılar ballistik raketin zərərsizləşdirilməsindən sonra onun qalıqlarının düşməsi nəticəsində olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər