Menyu

Netanyahu: İsrail İranın qaz obyektlərinə zərbələri müstəqil həyata keçirib

Operativ Media
Netanyahu: İsrail İranın qaz obyektlərinə zərbələri müstəqil həyata keçirib

İsrail İranın neft və qaz infrastrukturuna zərbələr endirərkən müstəqil hərəkət edib.

Operativ Media İsrail mətbuatına istinadən xəbər verir ki, ölkənin Baş naziri Binyamin Netanyahu bunu jurnalistlərlə söhbətində bildirib.

"Biz qaz kompleksinə qarşı təkbaşına hərəkət etdik. (ABŞ Prezidenti Donald Tramp - red.) Tramp bizdən növbəti zərbələrdən çəkinməyimizi istədi və biz də bunu edirik", - o bildirib. Bununla yanaşı Netanyahu İranın ABŞ və İsrail gəmiləri üçün blokladığı Hörmüz boğazına alternativ yolların müəyyən edilməsinin vacibliyini vurğulayıb.

"Bizə Hörmüz boğazına alternativ yollar lazımdır. Bizə Ərəbistan yarımadasından qərbə doğru birbaşa İsraildəki limanlarımıza uzanan neft və qaz boru kəmərləri lazımdır", - İsrailin Baş naziri qeyd edib.

Daha əvvəl Tramp Netanyahunu İranın neft və qaz obyektlərinə zərbə endirməyin yolverilməzliyi barədə xəbərdar etdiyini bildirib.

Əlaqəli Xəbərlər