Menyu

ABŞ və Yaponiya energetika sahəsinə 73 milyard dollar investisiya qoyacaq

Operativ Media
ABŞ və Yaponiya energetika sahəsinə 73 milyard dollar investisiya qoyacaq

Vaşinqton və Tokio ABŞ-nin energetika sektorundakı layihələrə təxminən 73 milyard dollar investisiya qoyulması barədə razılığa gəliblər.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəliyinin yaydığı birgə bəyanatda məlumat verilir.

Sənəddə deyilir: "Hər iki ölkənin hökuməti layihələrin ikinci partiyasını elan etməkdən məmnunluq duyur".

Məlumata görə, söhbət "GE Vernova Hitachi" şirkəti tərəfindən Tennessi və Alabama ştatlarında kiçik modulyar reaktorların inşasına qoyulacaq kapital qoyuluşundan gedir. Layihənin dəyəri 40 milyard dollar qiymətləndirilir. Bundan əlavə, tərəflər Pensilvaniya və Texas ştatlarında təbii qazla işləyən elektrik enerjisi istehsalı infrastrukturunun qurulmasını təmin etmək niyyətindədirlər. Bu layihələrin dəyəri müvafiq olaraq 17 milyard və 16 milyard dollardır.

Bəyanatda qeyd olunur ki, hər iki ölkənin rəsmiləri əvvəllər razılaşdırılmış layihələrin icrasında "davamlı tərəqqinin" olduğunu hesab edirlər. Buraya 33,3 milyard dollar dəyərində elektrik enerjisi istehsalı və 2,1 milyard dollar dəyərində neft ixracı infrastrukturunun yaradılması daxildir.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Yaponiyanın Baş naziri Sanae Takaitini Ağ Evdə qəbul edib.

Əlaqəli Xəbərlər