Menyu

Türkiyə İsrailin Suriyaya hücumunu pisləyib

Operativ Media
Türkiyə İsrailin Suriyaya hücumunu pisləyib

“İsrailin Suriyanın cənubundakı hərbi infrastrukturu hədəf alan hücumunu təhlükəli eskalasiya kimi qiymətləndirir və bunu qətiyyətlə pisləyirik”.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə XİN-nin yaydığı bəyanatda deyilir.

Beynəlxalq hüququn, həmçinin Suriyanın suverenliyi və ərazi bütövlüyünün pozulması olan İsrail hücumlarının dayandırılması üçün beynəlxalq ictimaiyyəti üzərinə düşən məsuliyyəti yerinə yetirməyə çağırırıq və bu kontekstdə 1974-cü il tarixli Qüvvələrin Ayrılması Sazişinin icrasının vacibliyini vurğulayırıq.

Türkiyə indiyədək olduğu kimi bundan sonra da Suriyanın ərazi bütövlüyü, birliyi və suverenliyi əsasında ölkədə davamlı sabitlik və təhlükəsizliyin təmin olunmasına yönəlmiş səylərdə Suriya hökuməti və xalqı ilə həmrəy olmağa davam edəcək”, - bəyanatda qeyd olunub.

Əlaqəli Xəbərlər