İsrail Tehranda nüvə silahı obyektinə zərbə endirib
Operativ Media
İsrail ordusu Tehranda yerləşən Malik əl-Əştər Texnologiya Universitetinin obyektinə zərbə endirdiyini elan edib.
Operativ Media xəbər verir ki, bu barədə İsrail tərəfi məlumat yayıb.
“Məlik əl-Əştər Universitetinin ərazisindəki müəssisə nüvə silahları və onların komponentlərinin hazırlanması üçün istifadə edilib", - məlumatda qeyd olunub.