Menyu

KİV: ABŞ Hərbi Hava Qüvvələrinin əsas bazası üzərində pilotsuz təyyarə müşahidə edilib

Operativ Media
KİV: ABŞ Hərbi Hava Qüvvələrinin əsas bazası üzərində pilotsuz təyyarə müşahidə edilib

ABŞ-nin Luiziana ştatındakı Barksdeyl (BAFB) Hərbi Hava Qüvvələri bazası üzərində çox sayda "icazəsiz dron" qeydə alınıb.

Operativ Media Bu barədə martın 20-də "The Independent" qəzeti məlumat yayıb.

Nəşrin istinad etdiyi brifinq mətnində qeyd olunur: "2026-cı il martın 9-dan 15-nə qədər olan müddətdə Barksdeyl bazasının təhlükəsizlik xidməti obyektin mühüm zonaları, o cümlədən uçuş-eniş zolağı üzərində 12-15 pilotsuz uçuş aparatından (PUA) ibarət bir neçə dalğanı qeydə alıb".

"The Independent"in məlumatına görə, PUA-lar maneələrə qarşı yüksək davamlılıq, həmçinin siqnalları uzaq məsafələrə ötürmək qabiliyyəti nümayiş etdiriblər.

Qəzet onu da vurğulayır ki, Barksdeyl aviabazasında nüvə silahı daşımaq imkanına malik "B-52" bombardmançı təyyarələri yerləşir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər