Netanyahu dünya ölkələrini İrana qarşı hücumlara qoşulmağa çağırıb
Operativ Media
İsrailin Baş naziri Binyamin Netanyahu dünya liderlərini İrana qarşı İsrail-Amerika əməliyyatına qoşulmağa çağırıb.
Operativ Media xəbər verir ki, o, bu açıqlamanı İsrailin cənubundakı Arad şəhərində İran raketinin düşdüyü yerə səfəri zamanı verib. Onun sözləri Baş nazirin ofisi tərəfindən açıqlanıb.
Netanyahu İranın İsraildəki mülki hədəflərə zərbələr endirməsi, Hind okeanındakı Dieqo Qarsiya adasındakı Britaniya-Amerika bazasına 4000 km məsafədə qitələrarası raket atması və Hörmüz boğazının qismən blokadası ilə bağlı iddiaları misal gətirib.