Menyu

Pekin: "Çin-ABŞ münasibətləri dünyada ən vacib ikitərəfli əlaqələrdir"

Operativ Media
Pekin: "Çin-ABŞ münasibətləri dünyada ən vacib ikitərəfli əlaqələrdir"

Çin və ABŞ arasındakı ikitərəfli münasibətlər qlobal miqyasda mühüm əhəmiyyət kəsb edir.

Operativ Media xəbər verir ki, bu barədə Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının Baş nazirinin müavini He Lifen Pekində Amerika-Çin İşgüzar Şurasının nümayəndə heyəti ilə görüşü zamanı bildirib.

Çin Mərkəzi Televiziyasının məlumatına görə, o, çıxışında bu məqamı xüsusi vurğulayıb: "Hazırda Çin-Amerika münasibətləri dünyada ən vacib ikitərəfli əlaqələrdir".

ÇXR Dövlət Şurası sədrinin müavini həmçinin ümidvar olduğunu bildirib ki, "Amerika şirkətləri Çinin inkişafı ilə bağlı yaranan imkanlardan tam yararlanacaq, Çin bazarının potensialından səmərəli istifadə edəcək və ikitərəfli ticarət-iqtisadi münasibətlərə daha çox sabitlik və müsbət enerji qatacaqlar".

Əlaqəli Xəbərlər