Menyu

İsrail ordusu Livanda quru əməliyyatlarına start verir

Operativ Media
İsrail ordusu Livanda quru əməliyyatlarına start verir

İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Baş Qərargah rəisi Eyal Zamir Livanda məqsədyönlü quru əməliyyatları planını təsdiqləyib.

Operativ Media xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bəyanatda deyilir: "Baş Qərargah rəisi Zamir Livanda hədəflənmiş quru əməliyyatları planını təsdiq edib".

E. Zamir bildirib ki, "Hizbullah" hərəkatına qarşı əməliyyat uzunmüddətlidir və İsrail ordusu buna tam hazırdır. Onun sözlərinə görə, proses hələ yeni başlayıb: "İrandakı əməliyyat başa çatdıqdan sonra 'Hizbullah' təkbaşına və izolyasiya olunmuş vəziyyətdə qalacaq".

Əlaqəli Xəbərlər