Menyu

Qalibaf: ABŞ-nin hərbi büdcəsini dəstəkləyən maliyyə qurumları hədəf olacaq

Operativ Media
Qalibaf: ABŞ-nin hərbi büdcəsini dəstəkləyən maliyyə qurumları hədəf olacaq

ABŞ-nin qiymətli kağızlarını almaqla bu ölkənin hərbi-sənaye kompleksinə sərmayə qoyan maliyyə təşkilatları İran ordusunun növbəti hədəfi olacaq.

Operativ Media xəbər verir ki, bunu İran parlamentinin (Məclis) sədri Məhəmməd Baqir Qalibaf bildirib.

Qalibaf "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib: "Hərbi bazalarla yanaşı, Birləşmiş Ştatların hərbi büdcəsini dəstəkləyən maliyyə qurumları da İranın qanuni hədəfləri hesab olunacaq". Onun qənaətinə görə, "ABŞ Xəzinədarlığının istiqrazlarına İran xalqının qanı bulaşıb və bu istiqrazları alan hər kəs öz mənzil-qərargahına və aktivlərinə zərbə vurmuş olur".

"İran investisiya portfellərini izləyir", – deyən Qalibaf, bu mesajın Amerika qiymətli kağızlarına sərmayə qoyan qurumlara "son xəbərdarlıq" olduğunu əlavə edib.

Əlaqəli Xəbərlər