Menyu

Böyük Britaniya hökuməti İrandakı müharibənin iqtisadi təsirlərini müzakirə edir

Operativ Media
Böyük Britaniya hökuməti İrandakı müharibənin iqtisadi təsirlərini müzakirə edir

Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün İrandakı müharibənin iqtisadi nəticələri ilə bağlı təcili iclas keçirəcək.

Operativ Media "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniya Maliyyə Nazirliyi "COBRA" adlanan görüş ərəfəsində məlumat verib.

Qeyd olunur ki, maliyyə naziri Reyçel Rivz və İngiltərə Bankının rəhbəri Endryu Beyli görüşdə iştirak edəcəklər.

ABŞ prezidenti Donald Trampın İranın elektrik şəbəkəsini hədəf almaq təhdidini həyata keçirəcəyi təqdirdə, İranın qonşu Körfəz ölkələrinin enerji və su sistemlərinə hücum edəcəyini bildirməsindən sonra investorlar maliyyə bazarlarında daha bir gərgin həftəyə hazırlaşırlar.

Böyük Britaniya hadisələrin inkişafını xüsusi narahatlıqla izləyir. Ölkənin idxal olunan təbii qazdan asılılığı, davamlı yüksək inflyasiya və dövlət maliyyəsinin sıxlığı digər ölkələrlə müqayisədə dövlət istiqrazlarının dəyərinin daha kəskin şəkildə azalmasına səbəb olub.

Əlaqəli Xəbərlər