Hindistanın Baş naziri Hörmüz boğazının bağlanmasını qəbuledilməz adlandırıb
Operativ Media
Hindistan mülki şəxslərə, eləcə də enerji və nəqliyyat obyektlərinə qarşı hücumları pisləyir. Ticarət gəmilərinə edilən hücumlar və Hürmüz boğazının qapadılması isə yolverilməzdir.
Operativ Media xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi parlamentdəki çıxışı zamanı bəyan edib.
"Hindistan mülki şəxslərə, enerji və nəqliyyat infrastrukturuna qarşı hücumları qətiyyətlə pisləyir. Ticarət gəmilərinə hücum edilməsi və Hürmüz boğazı kimi beynəlxalq su yollarının bloklanması qəbulolunmazdır", — deyə Baş nazir vurğulayıb.
Modi həmçinin qeyd edib ki, Hindistan hazırkı hərbi şəraitdə belə, öz gəmilərinin təhlükəsiz keçidini təmin etmək üçün davamlı olaraq diplomatik səylər göstərir.