İran XİN: Ölkələrin gərginliyin azaldılması təklifləri ABŞ-yə ünvanlanmalıdır
Operativ Media
Yaxın Şərq ölkələri regionda gərginliyin azaldılması üçün müxtəlif həll yolları təklif edirlər, lakin bu müraciətlər İrana deyil, müharibəni başladan tərəf kimi ABŞ-yə ünvanlanmalıdır.
Operativ Media xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Mehr" agentliyinin məlumatına görə, İran XİN-in bəyanatında deyilir:
"Bəli, region ölkələri tərəfindən gərginliyin azaldılması ilə bağlı təşəbbüslər mövcuddur və bizim bütün bu təkliflərə cavabımız aydındır: biz bu müharibəni başlayan tərəf deyilik, ona görə də bütün bu sorğular Vaşinqtona yönləndirilməlidir."