"Axios": ABŞ və İran arasında Türkiyə, Misir və Pakistan vasitəçilik edir
ABŞ-nin "Axios" portalı və İsrailin "12-ci kanal" televiziyası hazırda İran və ABŞ arasında vasitəçilik missiyasını Türkiyə, Misir və Pakistanın həyata keçirdiyini iddia edir.
Operativ Media xəbər verir ki, bu haqda "Axios"un müxbiri Barak Ravid "X" sosial şəbəkəsində yazıb:
"Amerikalı mənbələrin verdiyi məlumata görə, son iki gün ərzində gərginliyi azaltmaq məqsədilə ABŞ və İranın mesajlarını Türkiyə, Misir və Pakistan tərəfləri çatdırıb".
Məlumata görə, hər üç ölkənin yüksək rütbəli rəsmiləri Ağ Evin nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi ilə ayrı-ayrılıqda danışıqlar aparıblar. "Vasitəçilik prosesi davam edir və irəliləyiş var. Müharibənin başa çatması və qalan bütün məsələlərin həlli müzakirə olunur. Tezliklə cavab alacağımıza ümid edirik", — deyə anonim mənbə Ravidə bildirib.