Menyu

Türkiyə və Pakistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Operativ Media
Türkiyə və Pakistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Türkiyə xarici işlər naziri Hakan Fidan ilə Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.

Operativ Media xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial media hesabında məlumat paylaşılıb.

Qeyd olunub ki, tərəflər Yaxın Şərq regionundakı son hadisələri, o cümlədən ABŞ Prezidenti Donald Trampın hərbi əməliyyatların müvəqqəti dayandırılması ilə bağlı verdiyi bəyanatı nəzərdən keçirib.

İshaq Dar regionda və onun hüdudlarından kənarda sülh və sabitliyi təmin etmək üçün diplomatik fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Qeyd olunub ki, tərəflər mövcud dəyişkən vəziyyətlə bağlı sıx təmasda qalmaq barədə razılığa gəliblər.

"TRT Haber" isə Hakan Fidanın İshaq Darla yanaşı, Misir və norveçli həmkarları ilə telefon danışığı apardığını bildirib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Pentaqona cari görüşlərin və müzakirələrin uğurla başa çatması şərti ilə İranın elektrik stansiyalarına və enerji infrastrukturuna istənilən hərbi zərbələri beş gün təxirə salmağı tapşırıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Əlaqəli Xəbərlər