Menyu

Tramp: "ABŞ və İran razılığa gələrsə, Hörmüz boğazı dərhal açılacaq"

Operativ Media
Tramp: "ABŞ və İran razılığa gələrsə, Hörmüz boğazı dərhal açılacaq"

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Vaşinqton və Tehran hazırkı təmaslar çərçivəsində razılığa gələrsə, Hörmüz boğazı dərhal açılacaqdır.

Operativ Media xəbər verir ki, ABŞ lideri bu barədə Floridada ("West Palm Beach" hava limanı) jurnalistlərin suallarını cavablandırarkən bildirib.

İstirahət günlərini Floridadakı iqamətgahında keçirən Tramp, Tennessi ştatına yola düşməzdən əvvəl İranla aparılan və Amerika tərəfinin "məhsuldar" adlandırdığı danışıqlar fonunda Hürmüz boğazındakı vəziyyəti şərh edib.

"Əgər bu (danışıqlar) nəticə versə, boğaz çox tezliklə açılacaq", — deyə Ağ Ev rəhbəri vurğulayıb.

Jurnalistlərin razılıq əldə olunacağı təqdirdə Hürmüz boğazında tammiqyaslı gəmiçiliyin konkret nə vaxt bərpa oluna biləcəyi ilə bağlı sualına isə ABŞ Prezidenti qısa və qəti cavab verib: "Dərhal".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər