İran parlamentinin sədri Vaşinqtonla danışıqları təqzib edib
Operativ Media
İran ABŞ ilə heç bir danışıqlar aparmayıb.
Operativ Media-nın məlumatına görə, bu barədə İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf "X" sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, Amerika lideri Donald Tramp danışıqlar barədə bəyanatları ilə neft qiymətlərini və maliyyə bazarlarını manipulyasiya etməyə çalışır.
"ABŞ ilə heç bir danışıqlar aparılmayıb, saxta xəbərlərdən isə maliyyə və neft bazarlarını manipulyasiya etmək, həmçinin ABŞ və İsrailin düşdüyü bataqlıqdan çıxmaq üçün istifadə olunur", - deyə Qalibaf bildirib.
Bundan əvvəl "The Jerusalem Post" qəzeti İran tərəfindən ABŞ ilə danışıqlara Qalibafın rəhbərlik etdiyini yazmışdı.