Menyu

Netanyahu: "Tramp müharibə nailiyyətlərindən razılaşma üçün istifadə etməyi təklif edir"

Operativ Media
Netanyahu: "Tramp müharibə nailiyyətlərindən razılaşma üçün istifadə etməyi təklif edir"

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı apardığını bildirib.

Operativ Media xəbər verir ki, onun sözlərinə görə, Amerika lideri İslam Respublikasına qarşı hərbi kampaniyanın "nailiyyətlərindən" istifadə edərək, müharibənin məqsədlərini təsdiqləyən bir razılaşmanın bağlanması imkanlarını qeyd edib.

Baş nazir dəftərxanası tərəfindən yayılan qısa videomüraciətdə Netanyahu deyib:

"Bu gün dostumuz, Prezident Tramp ilə danışdım. Prezident hesab edir ki, İsrail Müdafiə Ordusu və ABŞ Silahlı Qüvvələrinin əldə etdiyi böyük nailiyyətlərdən istifadə edərək, həyati vacib maraqlarımızı qoruyan bir razılaşma çərçivəsində müharibənin məqsədlərini yerinə yetirmək şansı var".

ABŞ Prezidentinin Tehranla mümkün danışıqlar barədə açıqlamalarına baxmayaraq, İsrail Baş naziri ölkəsinin İran və Livana zərbələr endirməyə davam etdiyini vurğulayıb:

"Biz eyni zamanda həm İrana, həm də Livana zərbələr endirməkdə davam edirik. İranın raket və nüvə proqramını çökdürür, "Hizbullah"a ciddi ziyan vurmağı sürdürürük. Cəmi bir neçə gün əvvəl daha iki nüvə mütəxəssisini zərərsizləşdirdik. Biz hər bir vəziyyətdə öz həyati maraqlarımızı qoruyacağıq", — deyə Netanyahu bildirib.

Əlaqəli Xəbərlər