Menyu

Peskov: Rusiya gəmilərinə hücum barədə məlumatımız yoxdur

Operativ Media
Peskov: Rusiya gəmilərinə hücum barədə məlumatımız yoxdur

Kreml Xəzər dənizi vasitəsilə İrana silah daşıdığı iddia edilən Rusiya gəmilərinə İsrailin hücumu barədə heç bir məlumata malik deyil.

Operativ Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Xəzər regionunda hərbi əməliyyatların genişlənməsini son dərəcə mənfi hal hesab edir.

Qeyd edək ki, martın 20-də Rusiya Xarici İşlər Nazirliyi İsrailin İranın Xəzərdəki Ənzəli limanını bombalamasına kəskin reaksiya verib. Nazirlik bu cür hərəkətlərin Rusiyanın maraqlarına toxunduğunu qeyd edib.

Əlaqəli Xəbərlər