Menyu

WSJ: Pentaqon Yaxın Şərqə 3000 hərbçi göndərməyi planlaşdırır

Operativ Media
WSJ: Pentaqon Yaxın Şərqə 3000 hərbçi göndərməyi planlaşdırır

ABŞ Müharibə Nazirliyi (Pentaqon) İrana qarşı mümkün əməliyyatları dəstəkləmək məqsədilə elit 82-ci Hava-Desant Diviziyasından təxminən 3000 hərbçini Yaxın Şərqə göndərməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə "The Wall Street Journal"ı iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Bildirilir ki, bununla bağlı yaxın saatlarda yazılı əmr gözlənilir.

Məlumata görə, rəsmilər İrana birbaşa quru qoşunlarının göndərilməsi barədə hələ qərar verilmədiyini qeyd ediblər.

Bununla belə, 82-ci Diviziyanın bölgəyə yerləşdirilməsi ABŞ Prezidenti Donald Tramp üçün bir neçə strateji seçim yaradır.

Əlaqəli Xəbərlər