Menyu

Filippində fövqəladə vəziyyət rejimi elan edilib

Operativ Media
Filippində fövqəladə vəziyyət rejimi elan edilib

Yaxın Şərqdəki müharibə ilə əlaqədar enerji daşıyıcılarının tədarükündə yaranan fasilələr səbəbindən Filippində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Operativ Media xəbər verir ki, bu barədə PNA agentliyi məlumat yayıb.

Bu, Filippin Prezidenti Ferdinand Markosun imzaladığı fərmandan irəli gəlir.

Fərmanda qeyd olunur ki, yaranmış vəziyyət enerji daşıyıcılarının tədarükünün kəskin azalması üçün birbaşa təhlükə yaradır və ölkənin enerji təchizatının sabitliyini və adekvatlığını təmin etmək məqsədilə təxirəsalınmaz tədbirlər görülməlidir.

Prezident bildirib ki, fövqəladə vəziyyət rejiminin elan edilməsi Filippin hakimiyyətinə ölkə iqtisadiyyatı üçün mümkün fəsadları yumşaltmaqla yanaşı, sabit enerji təchizatını təmin etmək üçün əlaqələndirilmiş addımlar atmağa imkan verəcək.

Əlaqəli Xəbərlər