İran: Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv etmişik
Operativ Media
İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib və Amerika qoşunlarının bölgədən çıxarılmasını tələb edir.
Operativ Media xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının sözçüsü İbrahim Zülfəqari bildirib.
"Bölgədəki bütün ABŞ bazaları məhv edildiyindən, amerikalı komandirlər və hərbçilər qaçaraq bazaların xaricindəki sığınacaqlarda gizlənirlər. Biz onları axtarırıq və bölgə sakinlərini gizləndikləri yerləri bildirməyə, eyni zamanda öz təhlükəsizliklərini təmin etmək üçün ABŞ hərbçilərinin bölgədən çıxarılmasını tələb etməyə çağırırıq", - deyə o, brifinq zamanı bildirib.