Son 24 saat ərzində İsrailin Livanın cənub və şərqinə hava hücumları nəticəsində ən azı 22 nəfər həlak olub, daha 153 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin "X" sosial media hesabında məlumat verilib.
Hesabatda deyilir: "Hərbi eskalasiyanın başlanğıcından bəri həlak olan mülki şəxslərin ümumi sayı 1094-ə, yaralılar isə 3119-a çatıb. Martın 2-dən 24-dək İsrailin hücumlarının qurbanları arasında 120 uşaq və 81 qadın var".
Livan Daxili İşlər Nazirliyinin məlumatına görə, əsasən Beyrutda cəmləşən 1.049.328 nəfər müharibə zonasından qaçıb.