Menyu

Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək

Operativ Media
Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün növbəti oyunlar keçiriləcək.

Operativ Media xəbər verir ki, XIX turun ilk qarşılaşmasında "Murov AZ Terminal" "Gənclər"i sınağa çəkəcək.

Abşeron Olimpiya İdman Kompleksindəki görüş saat 15:00-da start götürəcək.

Saat 16:00-da "Azərreyl" "Ordu", "Xilasedici" "Neftçi" ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.

Qeyd edək ki, müntəzəm mövsümün sonuncu - XX turu martın 30-da keçiriləcək.

Əlaqəli Xəbərlər