Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin son satış qiyməti bəlli olub.
Operativ Media birjalara istinadən xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,3 ABŞ dolları və ya 2 % azalaraq 113,7 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 116 ABŞ dolları təşkil edib.