ABŞ İranla münaqişə səbəbindən Argentina ilə hərbi təlimləri ləğv edib
Şəfa Hüseynli
ABŞ İranla münaqişə səbəbindən aprelin 6-da Argentinada başlaması planlaşdırılan "Atlantic Dagger" hərbi təlimlərini ləğv edib.
Operativ Media xəbər verir ki, bu barədə "Clarin" qəzeti məlumat yayıb.
Təlim Cənubi Amerika ölkəsinin bir neçə əyalətini, o cümlədən Tierra del Fuego, Santa Cruz, Buenos Aires və Cordoba əyalətlərini əhatə etməli idi.
Qəzetin məlumatına görə, əvvəlcə Amerika tərəfi "əməliyyat səbəbləri" bəhanəsi ilə təlimlərin iyun ayına təxirə salındığını elan etsə də, sonradan yeni tarix də planlardan silinib.