Menyu

İqtisadiyyat Nazirliyində AYİB ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Operativ Media
İqtisadiyyat Nazirliyində AYİB ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Türkiyə və Qafqaz üzrə idarəedici direktoru Elizabeta Falçettinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə nazir öz sosial media hesabında paylaşım edib.

Nazir bildirib ki, görüşdə AYİB-in Azərbaycan-dakı fəaliyyəti və əməkdaşlığın gündəliyində olan məsələlər barədə müzakirələr aparılıb.

"Bankın investisiya strategiyasının prioritetlərini, su təchizatı, şəhərsalma, nəqliyyat infrastrukturu və #bərpaolunanenerji layihələri üzrə qarşılıqlı fəaliyyət imkanlarını nəzərdən keçirdik", - nazir qeyd edib.

Əlaqəli Xəbərlər